Milli komandada yeni baş məşqçi

Futbol üzrə Sloveniya millisinin yeni baş məşqçisi məlum olub.

Yenicag.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, millini bundan sonra Matyaj Kek çalışdıracaq. O, ötən ay istefa verən Tomaş Kovaçiçi əvəzləyib.

2007-2011-ci illərdə də milliyə rəhbərlik edən Kek komandanı DÇ-2010-un final mərhələsinə çıxarıb. Son olaraq Xorvatiyanın “Riyeka” klubunu çalışdıran Kek, 2017-ci ildə bu komanda ilə çempionluq secinci yaşayıb.

Sloveniya yığması Millətlər Liqasının C liqasında uğursuz çıxış edərək, aşağı dəstəyə yuvarlanıb.

COP29