Milli komandamızın üzvü qızıl medal qazandı

Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Leyla Kərimova (+86 kq) Gürcüstanın Tbilisi şəhərində keçirilən pauerliftinq idman növü üzrə Dünya çempionatında 1-ci yeri tutub.

Yenicag.az xəbər verir ki, L.Kərimova gənclər arasında keçirilmiş yarışda 62 kq ağırlıq qaldıraraq qızıl medal qazanıb.