Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli Məclis 2017-ci il dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib

Milli Məclis bu gün keçirilən plenar iclasında “2017-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsini qəbul edib.

Dövlət büdcəsinin təkrar nəzərdən keçirilmiş gəlirləri 16,766 milyard manat həcmində proqnozlaşdırılır. Bu, ilkin proqnozdan 511 milyon manat və ya 3,1 faiz çoxdur.

Büdcə xərcləri isə 17,941 milyard manat həcmində proqnozlaşdırılır və bu, ilkin proqnozdan 1,041 milyard manat və ya 6,2 faiz çoxdur. Dövlət büdcəsinin kəsiri ilkin proqnozu 530 milyon manat üstələyərək 1,175 milyard manat təşkil edir. Bu rəqəm Azərbaycanın 2017-ci il üzrə gözlənən ÜDM-nin 1,8 faizinə bərabər olacaq.

Bundan başqa, Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən avroistiqrazların buraxılması üçün xarici borclanma həddi 4,5 milyard manatadək yüksəldilib.

Azərbaycanın maliyyə naziri Samir Şərifovun sözlərinə görə, dövlət büdcəsinin xərclərinin artması Əmanətlərin Sığortalanması Fondu və SOCAR-a əlavə vəsaitlərin ayrılması ilə əlaqədardır. Bundan başqa, dövlət ABB-nin xarici öhdəliklərinin təkrar strukturlaşdırılması üçün 4 milyard manat ayıracaq.

Nazir onu da qeyd edib ki, büdcə xərclərinin artmasının digər səbəbi dövlətin balansında olan uşaq bağçalarının saxlanması və ölkənin şəhər və rayonlarında yeni bağçaların tikintisi üçün maliyyə təminatının yaradılması ilə bağlıdır. Bu vəsaitlərə 58 milyon manat ayırmaq planlaşdırılır.

Dəyişikliklərə əsasən, 2017-ci il üçün korrektə edilmiş icmal büdcənin gəlirləri üzrə proqnoz 22,84 milyard manat səviyyəsində təsdiq edilib ki, bu da ilkin proqnozdan 2,82 milyard manat və ya 14,1 faiz çoxdur. İcmal büdcənin xərcləri 29,8 milyard manat təşkil edəcək ki, bu da əvvəlki proqnozdan 1,05 milyard manat və ya 3,7 faiz çoxdur.

Yenicag.az

Loading...

www.yenicag.az

895
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100