!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclis bu gün son iclasa toplanır

!Reklam – Yazi

412237_478325Bu gün Milli Məclisin 2016-ci ildə yaz sessiyasının son iclası keçiriləcək. İclasın gündəliyinə 12 məsələ daxildir.

“2015-ci dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, 2015-ci il dövlət büdcəsinin icrasına dair Hesablama Palatasının rəyi müzakirə ediləcək.

Bir sıra qanunlara əlavə və dəyişiklər olacaq.

Eyni zamanda “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılacaq.

Daxili Nizamnaməyə uyğun olaraq, Milli Məclisin yaz sessiyası may ayında keçirilən sonuncu iclasla yekunlaşır.

Amma ötən illərdə olduğu kimi bu dəfə də iyun ayında parlamentin növbədənkənar sessiyasının çağrılacağı gözlənilir. Növbədənkənar sessiyada parlamentin bir iclasının keçirilməsi nəzərdə tutulub. Tarix isə hələ dəqiq bəlli deyil.

Konstitusiyaya görə, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.
Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.
Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.

Deputatlar iyul ayının 15-dən avqustun 30-dək tətilə buraxılırlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.(modern)

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv