Milli Məclis dövlət büdcəsinə yenidən baxacaq

Milli Məclisin yaz sessiyasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.

Yenicag.az-ın məlumatına görə, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunlara dəyişiklik layihələri də parlamentin müzakirəsinə təqdim olunacaq./Report/