Milli Məclis dünya azərbaycanlılarına müraciət edəcək

Milli Məclis dünya azərbaycanlılarına müraciət hazırlamaq üçün redaksiya komissiyası yaradıb.

Yenicag.az-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında müraciəti hazırlamaq üçün komissiyanın yaradılmasını elan edib.

7 nəfərdən ibarət heyətdə komissiya yaradılıb.