Milli Məclis gündəliyini açıqladı

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Yenicag.az xəbər verir ki, deputatlar iki məsələni müzakirə edəcəklər:

1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.

2. Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında.