Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclası keçiriləcək.
Yenicag.az APA-ya istinadla xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.
Qeyd edək ki, parlamentin xüsusi iclası 28 May Müstəqillik Günü ilə əlaqədar may ayında keçiriləcək.