Milli Məclis media üçün dövlət rüsumunun 10 dəfə azaldılmasını təsdiqlədi

Milli Məclis Azərbaycanda media üçün dövlət rüsumunun 10 dəfə azaldılmasına dair layihəni III oxunuşda təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 22-ci maddəsinə (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, bu dəyişikliklər bəzi rüsumların məbləğində öz əksini tapıb. Müvafiq düzəlişləri nəzərə alaraq “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilir.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.