Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli Məclis MSK-nın yeni tərkibini təsdiq etdi

Reklam: Sinerji Pro

Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi müzakirə eidlib.

Yenicag.az xəbər verir ki, MSK-nın yeni tərkibi parlament tərəfindən təsdiqlənib.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Bu gün, həmçinin Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçiriləcək. MSK üzvləri komissiyanın sədrini seçəcəklər. Sədr vəzifəsinə yenidən Məzahir Pənahovun namizədliyinin irəli sürüləcəyi gözlənilir.

Loading...

www.yenicag.az

217
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100