Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul etdi

Reklam: Sinerji Pro

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2019-cu il üzrə illik məruzəsi dinlənilib.

Yenicag.az xəbər verir ki, iclasda Ombudsman Səbinə Əliyeva məruzə ilə çıxış edib.

S.Əliyeva bildirib ki, hesabat ili Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması baxımından uğurlu bir il olub.

O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində ombudsman üçün əlverişli şərait yaradıb.

Məruzədə qeyd edilib ki, Azərbaycandakı məhkəmələrdən İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) xeyli şikayət daxil olub. Müraciətlərin təhlili əsasında bəzi hallarda məhkəmələrin üzərinə düşən vəzifələri vaxtında və ya olduğu kimi yerinə yetirməməsi məlum olub.

Bildirilir ki, ümumiyyətlə məhkəmə qərarının tərəflərə vaxtında göndərilməməsi həm süründürməçiliyə, həm də vaxt itkisinə səbəb olur. Şikayətlərdə icra məmurlarının etik davranış qaydalarını pozduqları da bildirilir. Məhkəmələr tərəfindən müəyyən aliment məbləğinin aşağı həddi uşaqlar üçün yaşayış minimumunun miqdarından az olmamalıdır. Qeyd olunub ki, bu məqsədlə müvafiq qanunvericilik aktlarında əlavə və dəyişiklik olmalıdır.

Bunlarla yanaşı, alimentlər, əmlak, pul tələbi, əmək haqqı üzrə borcun ödənilməməsi bağlı məhkəmə qərarlarından da şikayət verilib. Alimentlə bağlı məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətlər isə çoxluq təşkil edib. Ombudsmanın nöqsanları aradan qaldırmaq üçün bir sıra tədbirlər gördüyü də qeyd olunub.

Məruzədə, həmçinin bildirilib ki, uşağa bilavasitə qulluq edən ana buna görə çevik məzuniyyət götürmək imkanına da malik olmalıdır. Hesabatda, həmçinin, uşağa qulluq edən ananın məzuniyyət müddətini seçmək və müəyyən edilmiş məbləğdə verilən müavinətin həddini həmin müddətə uyğunlaşdırmaq hüququnun olması da vurğulanır.

Müzakirələrdən sonra məruzə səsverməyə qoyularaq qəbul edilib.

www.yenicag.az

223