!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclis sabah toplanır

!Reklam – Yazi

Martın 7-də Azərbaycan Respublikası Milli Məclisinin (MM) 2017-ci il yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

İclasda Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında, A.S.Quliyevin , V.Ə.Xubanovun və A.Q.Babayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi haqqında məsələlərə baxılacaq, həmçinin insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək.

Deputatlar “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Sərhəd qoşunları haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Telekommunikasiya haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Reklam haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar.

Milli Məclis “Məktəbəqədər təhsil haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək.

Yeniçağ.az

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv