!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclis toplanır - 15 məsələ gündəlikdə

!Reklam – Yazi

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, iclasın əvvəlində deputatlar “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə” qanun layihəsini və “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə edəcəklər.

Daha sonra iclasda Mənzil Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunlara dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 15 məsələ daxildir.

www.yenicag.az

2624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv