!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin növbədənkənar iclası başladı - 35 məsələ gündəlikdə - YENİLƏNDİ

!Reklam – Yazi

Milli Məclisin növbədənkənar iclası başlayıb.

Yenicag.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov bəzi qanun layihələrinin gündəlikdən çıxarıldığını bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihələri gündəlikdən çıxarılıb.

Parlament sədri əlavə edib ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidə iyulun 12-də müzakirə ediləcək.

Qeyd edək ki, “Bank olmayan kredit təşkilatları haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi də gündəlikdən çıxarılıb.

Bu gün deputatlar 35 qanun layihəsini müzakirə edəcək.

***

10:32

Bu gün Milli Məclisin növbədəkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, iclasın gündəliyinə 38 məsələ daxildir.

Bunlar “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

Bundan başqa, deputatlar “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə də baxacaqlar.

www.yenicag.az

6995
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv