“Milli Məclisin sədri kimi 75 ölkənin parlament sədrinə və 10 beynəlxalq təşkilata Xocalı soyqırımı ilə əlaqədar məktub göndərmişəm”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
Spiker qeyd edib ki, həmin məktublarda soyqırımın tanınmasını istəyib.