Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli Məclis yoxsa Notarius? – Müxaliflər parlamentin son 5 ilindən danışır

Reklam: High Technic

 

milli-meclisBəybala Əbil: “Milli Məclisin bu dövrdə qəbul etdiyi qərarları zamanla ayaqlaşmayan qərarlar oldu”

Elman Fəttah: “Hazırda ictimai-siyasi nüfuzu və fəaliyyəti olmayan, yalnız danışmamaq üçün parlamentə təyin edilmiş şəxslərdən ibarət bir tərkibin başa çatmasını izləyirik”

Bu gün Milli Məclisin son iclası keçirildi. Bununla hazırda fəaliyyət göstərən parlament iclaslarına son verdi.  Görəsən, siyasilər artıq iclasları başa çatan bu parlamentin 5 illik fəaliyyətini necə dəyərləndirirlər?

Yenicag.az-a açıqlamasında KXCP Ali Məclisinin sədri Bəybala Əbil Milli Məclisin 5 ilik fəaliyyətinə pis qiymət verdi: “Parlamentin 5 fəaliyyətinə çox pis qiymətini verirəm.  Bu 5 ildə Milli Məclis normal bir fəaliyyət göstərə bilmədi. Milli Məclisin bu dövrdə qəbul etdiyi qərarlar zamanla ayaqlaşmayan qərarlar oldu. Parlament normal fəaliyyət göstərsəydi ölkədə də vəziyyət hər mənada az da olsa yaxşılaşardı. Lakin mövcud parlament bu imkanlardan məhrumdur. Ona görə də parlamentin fəaliyyətini yaxşı qiymətləndirə bilmərəm. Ümid edək ki, gələcək parlament bu istiqamətdə nəsə edə bilər”.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah fəaliyyətini başa çatdıran Milli Məclisin fəaliyyətini felyoton mövzusu ilə əlaqələndirdi: “Parlamentin 5 illik fəaliyyətini daha yaxşı mənada jurnalistlər sarkazla dəyərləndiriblər. Bu parlamentin fəaliyyəti əslində felyoton mövzusudur. Milli Məclis  bir çox lətifələrlə yadda qalıb.  Qurum heç bir siyasi qərar və addımları ilə yadda qalmayıb. Hətta sonradan məlum oldu ki, 125 millət vəkilindən heç 10-nu cəmiyyətin ictimai-siyasi fəal şəxsləri belə tanımır. Hazırda ictimai-siyasi nüfuzu və fəaliyyəti olmayan, yalnız danışmamaq üçün parlamentə təyin edilmiş şəxslərdən ibarət bir tərkibin başa çatmasını izləyirik. Bu baxımdan onun fəaliyyətinə hansısa formada siyasi qiymət vermiş olsaq, fəaliyyitini “sıfır” dərəcəsində qiymətləndirərdim. Prezident Aparatından göndərilən sənədlərin notarial qaydada təsdiq edilməsindən başqa hər hansı bir təşəbbüsü olmayan bir parlamentdir. Ölkədə 100-ə yaxın siyasi məhbusun və insan haqları üzrə vəziyyətin acınacaqlı olduğu  dövrdə parlament bir dəfə də olsa amnistiya təşəbbüsü ilə çıxış etmədi. Bunun özü həmin parlamentin tamamilə icra hakimiyyəti və prezidentdən asılı olduğunu ortaya qoyur”.

ELÇİN

www.yenicag.az

423