!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

”Milli Məclisdə bekarçılıqdı, deyəsən” - Siqaret qadağasına rejissorlardan reakiya - VİDEO

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə təklif edilən düzəlişlər müzakirə olunub.

Parlamentin deputatı Rəfael Hüseynov tamaşa və filmlərdə siqaretli səhnələrin qadağan olunmasına etiraz edib. “Tütün istifadəçiləri olmuş tarixi şəxsiyyətlər Stalin və Çörçill haqqında çəkilən filmlərdə, hazırlanan tamaşalarda qəlyanı, siqarı onların əlindən necə alacaqsız? Yaxud, Əliağa Vahid haqqında çəkilən filmdə onu siqaretsiz necə göstərəcəksiz?”

Maraqlıdır rejissorların bu məsələyə münasibəti necədir?

Yenicag.az-a açıqlama verən Xalq artisti Bəhram Osmanov fikirlərini belə əsaslandırıb:

“Vacib deyil ki, tüstü çıxsın. Aktyor siqareti yandırmadan əlində saxlaya bilər. Amma bunu da qadağa edirlərsə, başqa alternativlər düşünmək lazımdır. Mən özüm bir neçə ildir ki, səhnədə siqaret və içkilərin istifadəsindən imtina etmişəm. Bunun əvəzinə imitasiyalardan istifadə edirəm. Aktyorun əlində siqaret görünür, amma yandırmır. Əslində bu aktyorun təxəyyülünü daha da inkişaf etdirməsinə şərait yaradır. Hər halda siqaretin səhnədə və kinoda görünməməsini alqışlamıram, lakin qanun qəbul edilirsə, nə deyə bilərik? Əliağa Vahid, Stalin və digər tarixi şəxsiyyətləri siqaretsiz, müəyyən imitasiyalarla göstərmək olar”.

Tanınmış rejissor Yavər Rzayev kinoda siqaretlə bağlı qadağanı təəccüblə qarşılayıb:

“Məncə, kinoda siqaretdən istifadədən daha vacib məsələlər var. Siqaret obraza xarakter verir, onun daxili aləmini açır. Stalini trubkasız necə təsəvvür etmək olar? Filmboyu onun siqaretdən istifadə etməməsi tamaşaçıya inandırıcı da görünməz. Onun trubkası, tənbəkisi Stalinin xarakterini açmaqda da köməkçi vasitədir”.

Kinorejissor Tahir Əliyevin isə cavabı ironik olub:

“Milli Məclisdə bekarçılıqdır, deyəsən. Deputatlar siqaretlə uğraşmaqdansa, televiziyalarda verilişlərin səviyyəsinə nəzər salsınlar. Onlarla bağlı bir qərar çıxarsınlar. Bir o qalıb ki, deputatlar desinlər ki, filmlərdən aktyorları da birdəfəlik çıxarsınlar. Belə bir qərar çıxarsalar, heç də təəccüblənmərəm”.

Cəvahir

www.yenicag.az

8085
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv