Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Milli Məclisdə büdcə müzakirələri – Parlamentin yaz sessiyasının sonuncu iclası keçirilir

Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə edilir.

Yenicag.az xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının rəy hazırladığını diqqətə çatdırıb.

Sədrin təklifi ilə əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin məruzəsinin, daha sonra isə Hesablama Palatasının rəyinin, təqdimatın yekununda isə maliyyə naziri Samir Şərifovun çıxışının dinlənilməsi qərara alınıb.

Ziyad Səmədzadə çıxışında ölkə iqtisadiyyatında dinamik inkişaf tempinin davamlı xarakter aldığını bildirib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan transmilli layihələrin həyata keçirilməsində mühüm yerlərdən birini tutmaqdadır.

www.yenicag.az

2594