!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisdə Çavuşoğlu ilə görüş keçirildi

!Reklam – Yazi

Milli Məclisdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenicag.az MM-in saytına istinadən xəbər verir ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dost və qardaş ölkənin nümayəndələrini Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edib. O bildirib ki, iki qardaş ölkə beynəlxalq təşkilatlarda həmişə bir-birinə dəstək olur, problemlərini birlikdə həll etməyə çalışırlar.

Söhbət zamanı S. Seyidov Rusiya prezidenti Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ məsələsini qaldırdığına görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü çatdırıb.

Mövlud Çavuşoğlu isə bu gün iki ölkənin birgə fəaliyyətinə hər zamankından daha çox ehtiyac olduğunu deyib. O qeyd edib ki, ölkələrə edilən təzyiqlərin qarşısının alınması üçün bu, çox vacibdir.

Görüşdə Milli Məclisin komitə sədri Rafael Hüseynov, deputatlar Sahibə Qafarova, Rövşən Rzayev, Fazil Mustafa, hər iki ölkənin səfirləri Erkan Özoral, Xəzər İbrahim və digər rəsmi şəxslər iştirak edib.

www.yenicag.az

1581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv