Reklam: High Technic
hightechnic

Milli Məclisdə deputatlar gündəliyin əleyhinə çıxdılar

Reklam: High Technic

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. İclasa başlayan kimi maraqlı hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, spiker Oqtay Əsədov deputatları qeydiyyatdan keçməyə və gündəliyi təsdiqləməyə çağırıb.

Bu zaman deputatlardan 10 nəfəri gündəliyin əleyhinə səs veriblər. Bu, spikerin maraqlı reaksiyasına səbəb olub və məlum olub ki, onlar düyməni səhv basıblar. Oqtay Əsədov gülərək deputatları yenidən səsverməyə çağırıb.

Gündəlik səsə qoyularaq qəbul edilib.

Araz. Z

www.yenicag.az

3009