Dekabrın 15-də Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçiriləcək.
Bu barədə Yenicag.az-a Parlamentdən məlumat verilib.
Qeyd edilib ki, dinləmədə sahə mütəxəssisləri, ekspertlər, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edəcəklər.