!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisdə Xəzərdəki faciə ilə bağlı məsələ qaldırılıb

!Reklam – Yazi

milimeclisMilli Məclisin bu gün keçirilən iclasında ötən gün Xəzər dənizində baş verən hadisədə 10 neftçinin itkin düşməsi məsələsi qaldırılıb.

Yenicag.az-ın məlumatına görə, deputat Qüdrət Həsənquliyev bildirib ki, artıq son bir ildə eyni hadisənin ikinci dəfə baş verməsi olduqca ciddi və təhlükəli siqnaldır.

O qeyd edib ki, bu hadisə hansısa ölkənin təxribatı da ola bilər: “Azərbaycan elə ölkələr ilə sərhəddə yerləşir ki, apardığımız xarici siyasət onların əksər vaxt xoşuna gəlmir. Bu hadisə də həmin ölkələrin xüsusi xidmət orqanlarının əməlləri ola bilər ki, orada estakadada qəza vəziyyəti yaratsın və nəticədə bu hadisələr baş versin. Yaxud bu başqa bir səbəbdən də ola bilər: məsul şəxslərin ciddi ehtiyatsızlığı və sair. O baxımdan mən təklif edirəm ki, Milli Məclis bu məsələdə öz sözünü deməlidir. Baş Prokurorluğa müraciət edək və bunun istər hansısa xarici ölkənin əməli və yaxud digər hansısa əməl səbəbindən baş verməsi ciddi araşdırılsın və ortaya nəticə qoyulsun. Mən ölənlərin yaxınlarına səbr diləyirəm”.

Spiker Oqtay Əsədov isə deputata irad tutub: “Bu məsələ ilə bağlı dövlət komissiyası yaradılıb və məşğul olur. Onlar araşdırıb nəticə ortaya qoymamış Milli Məclis nə edə bilər? Danışanda, bir az diqqətli olun”.

Yenicag.az

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv