Milli Məclisin bugünkü xüsusi iclasında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.
Yenicag.az xəbər verir ki, bəyanatın mətnini deputat Hikmət Babaoğlu oxuyub.
Bəyanat səsverməyə qoyularaq qəbul edilib. Deputatlar bəyanatın qəbulunu ayaq üstə alqışlayıblar./report
***
11:42
Milli Məclisin xüsusi iclası başlayıb.
Yenicag.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ daxil edilib.
Toplantıda İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunacaq.