!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisdən AŞPA-ya etiraz

!Reklam – Yazi

Bu gün Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilir.

Yenicag.az xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiyalar tətbiq etməsi pislənilib. Deputatlar  Səməd Seyidova qarşı sanksiyalara kəskin etirazlarını bildirib, Səməd Seyidovun müdafiəsinə qalxıblar.

Bu məsələ ilə bağlı çıxış edən deputatlar Fəzil İbrahimli, Sahibə Qafarova, Əli Hüseynli bildiriblər ki, AŞPA komitəsinin Səməd Seyidova tətbiq etdiyi sanksiyalar qərəzli mövqe daşıyır.

Oktay Əsədov isə bəzi dairələrdə, mətbuatda bu məsələnin bayraq edildiyini, şişirdildiyini qeyd edib: “Əslində bu qərara sanksiya demək çox böyük çıxır, nə baş verib ki? Bu qərara görə S.Seyidov AŞPA-nın seçkili orqanlarına seçilə bilməz, hə, heç olmasın da. Bu qərara görə o məruzəçi kimi fəaliyyət göstərə bilməz, hə , göstərməsin. Bu qərarı çox da şişirtmək lazım deyil. Səməd Seyidov indiyə kimi çox mübariz olub, bundan sonra da daha mübariz olacaq”.

www.yenicag.az

3745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv