Milli Məclisə seçkilərdə səsvermə proseduru açıqlanıb

0747989e099a74958433169dba35ce45Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar səsvermə proseduru açıqlanıb.

Noyabrın 1-də saat 7:30-da seçki məntəqələrində səsverməyə hazırlıq işlərinə başlanacaq.

Saat 7:50-də məntəqə seçki komissiyalarının sədrləri tərəfindən seçki məntəqələri açıq elan ediləcək və seçki qutuları kilidlənəcək. Məntəqə seçki komissiyalarının sədrləri saat 8:00-da səsvermənin başlanmasını, saat 19:00-da isə səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatdığını elan edəcək.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Səsvermənin gedişi və onun nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.