!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin Daxili Nizamnaməsi dəyişdirilir: Parlament hansı hallarda buraxıla bilər?

!Reklam – Yazi

“Milli Məclisin Daxili Nizamnaməsi haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

Yenicag.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında müzakirə olunan layihədə deputatlara yönəlik intizam tədbirlərinin dəyişdirilməsi nəzərədə tutulub.

İrəli sürülən dəyişikliklərdə əsas diqqət Milli Məclisin Daxili Nizamnaməsinin 47-ci maddəsinə (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına intizam tədbirlərinin tətbiqi qaydası) yönəlib.

Təklif edilən dəyişikliyə əsasən, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən əsas olduqda, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclaslarına sədrlik edən tərəfindən Milli Məclisin deputatı barəsində xəbərdarlıq, söz kəsmə və ya iclas salonundan çıxarma intizam tədbiri tətbiq edilə bilər. Yaxud töhmət intizam tədbirinin tətbiq edilməsi üçün İntizam Komissiyasına təqdimat göndərilir.

İntizam Komissiyası iki həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edir.

Eyni zamanda, Milli Məclisin Daxili Nizamnaməsinə parlamentin buraxılmasını ehtiva edən yeni 23-2 maddəsi təklif olunub.

Bu maddəyə əsasən, Milli Məclis aşağıdakı hallarda buraxıla bilər:

Azərbaycan Konstitusiyasının 98-ci maddəsinin I hissəsinə uyğun olaraq, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 26-cı maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyasının 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddədə göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə ölkə Prezidenti Milli Məclisi buraxır.

www.yenicag.az

2648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv