!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Milli Məclisin deputatı federasiya prezidenti seçilib

!Reklam – Yazi

deputataBu gün Gənclər və İdman Nazirliyində Uşaq-Gənclər Futbol Federasiyasına (UGFF) yeni prezident seçkisi keçirilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Yeniçağ.Az-a verdiyi məlumata görə, seçkidə nazir Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Məclisin deputatı Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və digərləri iştirak edib.

Uşaq futbolunun inkişafının önəmindən danışan A.Rəhimov bildirib ki, ölkədə yeniyetmələr, gənclər arasında bu idman növünə daim yüksək maraq var. Bu səbəbdən, uşaq futbolunun inkişafı önəmli rol oynayır.

Daha sonra səsvermə nəticəsində millət vəkili Rauf Əliyev UGFF prezidenti secilib. O, dünyasını dəyişmiş Mirkamil Rəhimovu əvəzləyib.

Millət vəkili Xanlar Fətiyev 2012-ci ilin iyul ayından Üzgüçülük Federasiyasının prezidentidir. 2016 ci ildə keçirilən növbəti hesabat-seçki konfransında 2017 -2020 ci illər üçün yenidən quruma rəhbər seçilib.

Yeniçağ.Az

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv