Milli Məclisin deputatının “ŞAH və …MAT” məqaləsi Türkiyə mətbuatında – Yenicag.Az

Reklam

Reklam

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı publisist İmamverdi İsmayılovun müəllifi olduğu “ŞAH və …MAT” sərlövhəli məqalə Türkiyə mətbuatında böyük maraq doğurub.

Yenicag.az xəbər verir ki, qardaş ölkənin aparıcı “İhlas” xəbər agentliyi (İHA), eləcə də çoxtirajlı “Millət” qəzetinin məqalə barədə yaydıqları informasiya ölkə KİV-ləri tərəfindən sürətlə tirajlanıb.

“Əliyev qazandı, Azərbaycan qazandı” sərlövhəsi ilə yayılan informasiya www.karspress.com, www.kocaelihaberdunyasi.com, www.hedefhalk.com, www.igdirim76.com, www.haberler.com, www.hedefhalk.com, www.mansetistanbul.com, www.efahaber.com və s. xəbər portalları tərəfindən də türkdilli oxuculara təqdim olunub.

“Prezident İlham Əliyevə Azərbaycan parlamentinin deputatı İmamverdi İsmayılovdan xoş ovqatlı sözlər” ifadəsi ilə başlanan informasiyada deputatın müəllifi olduğu məqalə təhlil olunur və orda yazılan fikir və mülahizələr yüksək dəyərləndirilir.

“ŞAH və …MAT” məqaləsində ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycanın dövlət müstəqilliyinin qorunması istiqamətində Ulu Öndərimizin qəbul etdiyi tarixi qərarlardan, eləcə də liderlik xüsusiyyətlərindən, həmçinin Prezident İlham Əliyevin möhtəşəm siyasi qələbəsini gerçəkləşdirən amillərdən bəhs olunur.

“Azərbaycan Prezidenti insanlara, fakt və hadisələrə, proseslərə münasibətində dürüst davranır və başqalarının da bu qaydalara əməl etməsini arzulayır”, – fikri ilə dövlətimizin başçısı haqqında düşüncələrini davam etdirən müəllif məqaləni belə tamamlayır: “Qalibiyyət Prezidentimizə çox yaraşır… Qalibiyyət Azərbaycanımıza çox yaraşır…”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 882
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."