Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

Milli Məclisin deputatları, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Nurlan Həsənov martın 13-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən xəbərə görə, millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişafı və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər martın16-da başa çatacaq