Milli Məclisin deputatları – Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli oktyabrın 16-da İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcəklər.
Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Deputatlar səfər çərçivəsində İtaliya parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcəklər.
Səfər oktyabrın 20-də başa çatacaq.