Milli Məclisin deputatları koronavirus testindən keçirilir

İyunun 21-də Milli Məclis Apartının əməkdaşlarından, eyni zamanda millət vəkillərindən “COVİD 19” infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar.

“Bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.

Digər deputatlardan da yaxma götürülməsi prosesi davam edir”, – deyə, qeyd edilib.

Xatırladaq ki, dünən deputat Sahib Alıyev APA-ya açıqlamasında koronavirus testinin nəticəsinin pozitiv çıxdığını bildirmişdi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisində “COVİD 19” karonavirus infeskiyası ilə bağlı Milli Məclis Aparatının, eyni zamanda millət vəkillərinin arasında mütəmadi olaraq testlər aparılır.