İyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah (23 iyun) bəlli olacaq.
Bu barədə Yenicag.az-a Milli Məclisdən məlumat verilib.
Bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar iclasının tarixi dəyişdirilib. Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək.