Milli Məclisin növbədənkənar iclası başlayıb.
“Son vaxtlar ölkədə baş verən iqtisadi proseslər fonunda prezident tərəfindən işlər görülür. İqtisadi sahədə mühüm addımlar atılır, növbəti islahatlar olacaq”.
Bunu spiker Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.
O, iqtisadi qanunvericiliyə dəyişikliklərlə bağlı prezident tərəfindən
parlamentə təqdim olunan layihələri buna misal çəkib: “Prezidentin bu sahədə çox operativ addımları var”.
APA.az
***
Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 8 məsələnin müzakirəsi daxil edilib.
İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
İclasda “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik, Vergi Məcəlləsində dəyişiklik, “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik, İnzibati Xətalar Məcəlləsində dəyişiklik, “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik, “Gömrük tarifi haqqında” qanuna dəyişiklik, Vergi Məcəlləsində dəyişikliklər edilməsi nəzərdə tutulur.
Həmçinin, “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
İclasda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Şahin Mustafayev və digər rəsmilər də iştirak edir.(report)