Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk komitə iclası keçirildi

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk komitə iclası keçirilib.

Yenicag.az xəbər verir ki, onlayn formatda baş tutan parlamentin İnsan hüquqları komitəsinin gündəliyinə 1 məsələ daxil edilib.

Toplantıda “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik layihəsi birinci oxunuşda deputatların müzakirəsinə çıxarılıb.

Müzakirələrdən sonra dəyişiklik layihələri parlamentin plenar iclasına tövsiyə olunub.