Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum oldu

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub.

Yenicag.az xəbər verir ki, parlamentin növbəti toplantısı mayın 5-də keçiriləcək.

İclasda “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişikliklər layihəsinin II oxunuşda müzakirəyə çıxarılması, habelə digər layihələrin müzakirəsi gözlənilir.