Reklam: High Technic
hightechnic

Milli Məclisin payız sessiyası başladı - 62 məsələ gündəlikdə

Reklam: High Technic

Bu gün Azərbaycan Milli Məclisinin (MM) 2018-ci il payız sessiyasının ilk plenar iclası keçirilir.

Yenicag.az-ın xəbərinə görə, payız sessiyasının ilk plenar iclası öz işinə dövlət himninin oxunması və səslənməsi ilə start verib.

Sessiyanın ilk plenar iclasının gündəliyinə 62 məsələ daxil edilib.

Bunlar “Azərbaycan Respublikasının İsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, “İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Vəkil və vəkillik fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik layihələridir.

Bundan başqa, iclaslarda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, payız sessiyası dekabr ayının 30-dək fasilələrlə davam edəcək.

www.yenicag.az

10120