!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı açıqlandı

!Reklam – Yazi

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

“Report” xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Sentyabrın 30-u çərşənbə gününə düşdüyündən parlamentin builki payız sessiyası məhz həmin tarixdə keçiriləcək.

Komitə iclaslarının keçirilməsinə isə sentyabrın 15-dən başlanılacaq./Report/

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv