Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Milli Məclisin plenar iclası başladı - 22 məsələ gündəlikdə

Reklam: High Technic

Milli Məclisin plenar iclası keçirilir.

Yenicag.az xəbər verir ki, Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 22 məsələ daxildir.

İclasda əvvəlcə Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı təqdim olunacaq. Məlumatı Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edəcək.

Gündəliyə daxil olan digər məsələlərə isə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”, “Sığorta fəaliyyəti haqqında”, “Dövlət rüsumu haqqında” və s. qanunlara, o cümlədən Mülki, Mənzil, Vergi, Gömrük, Su, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələr daxildir.

Deputatlar yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsinə də baxacaqlar.

www.yenicag.az

4083