Milli Məclisin plenar iclası başlayıb.
İclasın gündəliyinə 21 məsələ daxildir.
Bunlar 2017-ci il üçün büdcə zərfi – “2017-ci il dövlət büdcəsi haqqında “, “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları, eləcə də İnzibati Xətalar Məcəlləsinə, Torpaq Məcəlləsinə “Yol hərəkəti haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”, “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” və “Hərbi vəziyyət haqqında”, “Büdcə sistemi haqqında”, “Elektron ticarət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanun layihələridir.
Yenicag.az