Milli Məclisin spikeri səs verdi

thumb“Seçkilər” Media Mərkəzi Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov noyabrın 1-də 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində səs verib. Secki-2015.az saytının xəbərinə görə, seçici fəallığının müşahidə olunduğu məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.