!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin üç deputatına yeni vəzifə verildi

!Reklam – Yazi

Milli Məclisin üç deputatına yeni vəzifə verilib.

Yenicag.az-ın məlumatına görə, bu məsələ “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sahibə Qafarovanın namizədliyi təklif edilib.

Dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib./Trend/

www.yenicag.az

3854
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv