Milli Məclisin 2025-ci ilin yaz sessiyasında ilk iclası başlayıb.
Yenicag.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlət Himni səsləndirildikdən sonra çıxış edən spiker Sahibə Qafarova yaz sessiyasının başlaması münasibəti ilə deputatları təbrik edib və sessiya dövründə fəaliyyətlərinin səmərəli olmasını arzulayıb.
Qeyd edək ki, iclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.