Milli Məclisin yaz sessiyası başlayır

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Milli Məclisin yaz sessiyasının ilk iclasında Hesablayıcı Komissiya və İntizam Komissiyası formalaşdırılacaq.