!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin yaz sessiyasında ilk iclası keçirildi

!Reklam – Yazi

Yanvarın 25-də Milli Məclisin regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Yenicag.az xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə 2018-ci ilin payız sessiyasının yekunlarından danışıb. Bildirilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 16 məsələ müzakirə edilib, onlardan 14-ü qanun layihəsidir. Sessiya ərzində komitənin ünvanına daxil olmuş 86 təklif, ərizə və şikayətin 52-si araşdırılıb və lazımi tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Komitənin payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Sonra komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planı müzakirə olunub və təsdiqlənib.

İşlər planına “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda, Torpaq Məcəlləsində, “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamədə, “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb. Ötən il bələdiyyə aktlarının 2200-dən çoxunun ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər. Diqqətə çatdırılıb ki, doqquz bələdiyyə təklifləri icra etmədiyi üçün onlarla bağlı məhkəmədə iddia qaldırılıb. Bu iddialardan dördü baxılaraq təmin edilib, beş iş isə məhkəmələrin icraatındadır. Bildirilib ki, bələdiyyə qanunvericiliyinə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsinə dair müəyyən dəyişiklik olunub.

Sonra deputatlar fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul edilib.

www.yenicag.az

2896
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv