Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli Oftalmologiya Mərkəzindən Gədəbəydə tibbi aksiya

İyulun 12-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Gədəbəydə tibbi aksiya keçirib.

Yenicag.az xəbər verir ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Gədəbəydə şəhid ailələri də daxil olmaqla rayon əhalisinə tibbi xidmət göstərir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mütəxəssiləri apardıqları araşdırmalara əsasən Gədəbəy sakinlərinin daha çox gün altında çox olduqlarını əsas gətirərək quru göz sindromu probleminin çoxluq təşkil etdiyini deyirlər. Eləcə də pasientlər arasında refraksiya anomaliyaları və göz travmaları ilə müraciət edənlər də var. Hazırda Mərkəzin 15 nəfərlik peşəkar heyəti Gədəbəy sakinlərinə tibbi xidmət göstərir. Gədəbəy rayonu, eləcə də kəndlərdən gələn 400-ə qədər yerli sakin müayinə olunub, 10 nefer cərrahi əməliyyat edilib.

Xatırladaq ki, 2005-ci ildən bu günə kimi Səyyar Klinika respublikanın rayon və şəhərlərində 160-a qədər tibbi aksiya keçirib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır. Bu, Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. Mərkəz davamlı olaraq respublikanın müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir.

www.yenicag.az

1188
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100