!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Ordumuzun 100 illiyi ilə bağlı “Paint Ball” yarışı keçirildi - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) “XXI ƏSR” MMC-nin dəstəyi ilə Mingəçevirdə, Kür çayında yerləşən adada “Gənclərin beynəlxalq turizm lageri” adlı 10 illik layihənin 2018-ci il üçün planını icra edib.

26 İyun 2018-ci il tarixdə başlanan Paint Ball yarışı çərçivəsində 30 gənc Milli Ordumuzun yaranmasının 100 illiyi münasibəti ilə öz güclərini sınayıblar.

Yenicag.az ASGA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, layihənin əsas məqsədi ölkəmizin turizm imkanlarını gənclər arasında yaymaqdan ibarətdir: “Bu mənada ASGA və “XXI ƏSR” MMC olaraq 26 iyun 2018-ci il tarixdə belə bir layihəyə start verdik. Layihə kommersiya məqsədi daşımır və sırf “XXI ƏSR” MMC-nin könüllü dəstəyi ilə reallaşıb. 2 gün davam edən layihə çərçivəsində 30 gənc iştirak edib. Layihə çərçivəsində Paint Ball oyunlarının keçirilməsinin 26 iyun Milli Ordumuzun 100 illiyinə təsadüf etməsi gənclərin vətənpərvəlik hisslərinin inkişafına xidmət edir. Layihə müqaviləyə müvafiq olaraq 2024-cü ilə qədər davam edəcək”.

Məlumat üçüb qeyd edək ki, “Gənclərin beynəlxalq turizm lageri” adlı layihə ASGA və “XXI ƏSR” MMC tərəfindən imzalanan 10 illik müqavilə (2014-2024) əsasında həyata keçirilir. Turizm üzrə ixtisaslaşan Mingəçevir şəhərində 2013-cü ildə ADA yaradıldı. ADA daha sonra Mingəçevirdəki “River Side” otelinin ərazisinə daxil edildi. Oteldən adaya qədər olan məsafə 4 kilometr, ərazisi isə 3 hektardır. Beş ildən artıqdır ki, adada təmizlik işləri aparılır, müxtəlif infrastruktur yeniliklər edilir, təbii landşaft bərpa edilir, turistlər üçün imkanlar açılır. Adada əsasən paintball yarışları keçirilir. Adanın ərazisində isə balıqçılıq və ovçuluq üçün əlverişli şərait yaradılıb. Turizm obyektlərinin əsasən Kür çayının sahilində yerləşməsi və idman yarışlarının burada keçirilməsi hər il əraziyə minlərlə turist axınına səbəb olacağına şübhə yaratmır.

www.yenicag.az

1124
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv