!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Milli Park rəhbəri onu tənqid edən saytı şantaj edir”

!Reklam – Yazi

Bir neçə gün öncə afn.az saytında Ağcabədi “Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib” başlıqlı məqalə dərc edilib. Sərlövhədən də göründüyü kimi, məqalədə Milli Parkdakı pozulan qanun-qaydalardan bəhs edilirdi. Təəssüf ki, tənqiddən nəticə çıxarmaq yerinə, “Ağgöl” Milli Parkının rəhbərliyi saytı şantaj etmək niyyətinə düşüb.

Bu barədə AFN.AZ Redaksiyasının bəyanatını olduğu kimi təqdim edirik:

“Ağcabədi sakinləri ilə söhbətdən qaynaqlanan bu yazıda bir çox məmurlara Ağgöl ərazisində ov imkanının yaradılmasından, yerli əhalinin “hörmət” qarşılığında orada heyvanlarını otarmasından, nəhayət, Milli Parkın direktoru Loğman Mehdiyevin keçmiş MTN rəhbərliyi ilə əlaqələrinin olmasından bəhs edilirdi.
Loğman Mehdiyev redaksiyamıza zəng edərək, onunla bağlı yazı dərc etdiyimizi dedi. Bildirdik ki, yazı dərc edilməyib, amma hazırlanma mərhələsindədir. L.Mehdiyevdən elektron ünvanını istədik, bildirdik ki, yazını göndərəcəyik, oxuyub tanış olub, mövqeyini bildirsin. Yazını yenə dərc etmədik, hər halda ciddi məsələlərdən söhbət gedirdi, qarşı tərəfin mövqeyinə ehtiyac vardı.


Bu dəfə həmkarlarımız bizə zəng edərək bildirdilər ki, L.Mehdiyev tanıdığı jurnalistlərə deyir ki, guya biz onu şantaj edir, pul istəyirik.

Bizi prokurorluğa verəcəyilə hədələyən direktor haqqında yazılan yazını dərc etməyin qarşısını bu yolla almağa çalışsa da heç nəyə nail ola bilmədi – biz yazını dərc etdik.
Sonra bizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova yığaraq, yazının saytdan çıxarılmasını xahiş etdi. İradə xanıma L.Mehdiyevin bizi şantaj etdiyini dedikdə, o, çox təəccübləndiyini bildirdi.

Lakin L. Mehdiyev yenə geri çəkilmədi. Bu dəfə redaksiyamıza Ağgöl Milli Parkına heç bir aidiyyəti olmayan bir ünvandan ([email protected]) təkzib daxil oldu. Həmin ünvana geri yazaraq, təkzib mətninin düzgün seçilmədiyini qeyd etdik. Bildirdik ki, mətni müvafiq qanunlara uyğunlaşdırıb göndərsinlər, biz də dərc edək. Bundan sonra redaksiyamızda telefonlar susmadı… Bizə müxtəlif insanlar zəng edərək, yazının saytdan çıxarılmasını təklif edirdilər. Özünü “Mozalan” jurnalının baş redaktoru kimi təqdim edən Mövsüm müəllim yazını çıxarıb, onunla görüşməyimizi təklif etdi. Lakin bu dəfə də imtina etdik.

Nəhayət, bu gün saytlara baxırıq və L. Mehdiyevin yenə də həmin şantaj, böhtan mövqeyindən çıxış etdiyini, saytımızın ünvanına eynixarakterli ittihamlar səsləndirdiyini görürük. Çox təəssüflə qeyd edirik ki, bəzi həmkarlarımız hətta bir qədər uzağa gedərək, bizi yalan məlumat yaymaqda, mətbuat adına qara ləkə olmaqda ittiham ediblər. Guya Milli Parkdan reportaj tipində hazırlanan yazıda müəllif öz qənaətini bölüşüb. Bunun jurnalistikanın hansı janrına aid olduğunu deməkdə biz də çətinlik çəkirik.

P.S. Bu yazı çapa hazırlanarkən özünü Ağcabədi rayon prokurorunun köməkçisi kimi təqdim edən bir nəfər zəng edərək, L.Mehdiyevin saytın baş redaktoru Qafarov Səbuhi haqqında şikayət ünvanladığını bildirdi. Məsələni qeyd etdiyimiz kimi onun da diqqətinə çatdırdıq. Və bildirdik ki, L.Mehdiyev iddiasını sübut edə bilməsə (hansı ki, bunu sübut edə biləcək heç bir fakt yoxdur – red.) biz də böhtana görə onun barəsində müvafiq tədbirlərin görülməsi üçün əks iddia qaldıracağıq”.

Yeniçağ.Az

 

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv