Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr edilmiş “Vatan uchun jon fido qilgan qahromanlar” (Vətən üçün can fəda edən qəhrəmanlar) adlı kitab 27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü münasibətilə Mədəniyyət Mərkəzinin foyesində sərgilənərək geniş oxucu kütləsinə təqdim edilib.
Özbək dilində çap edilmiş və müəllifi mərhum jurnalist-tədqiqatçı Mövlan Şükürzadə olan kitabda birinci Qarabağ savaşında şəhid olmuş Özbəkistanda anadan olan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurovun həyatı, döyüş yolu, silahdaşlarının, onu yaxından tanıyanların, ailəsinin onunla bağlı xatirələri yer alır.
Sözügedən kitabın nəşrində əsas məqsəd Azərbaycan xalqının suverenlik və ərazi bütövlüyü yolunda apardığı mübarizəni özbək oxuculara çatdırmaq və gənc nəsillərin milli vətənpərvərlik ruhunda yetişməsinə xidmət göstərməkdir.