!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Qəhrəman Mədət Quliyev – DOSYE

!Reklam – Yazi

847507_448451Prezident İlham Əliyevin sərəncamı ilə Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

Femida.az yeni nazir müavini haqqında məlumatı təqdim edir.

Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. 1965-ci ildə Gəncədə 1 saylı orta məktəbə gedib, 1975-ci ildə 8 saylı məktəbi bitirib. 1976-cı il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstituna daxil olur. 1980-ci il hərbi xidmətə çağırılır. 1982-ci il ordudan tərxis edilir və Gəncə şəhərində “Dinamo” cəmiyyətində işləyib.
Daha sonra Daxili İşlər Nazirliyində işə başlayır. 1994-cü ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin regional şöbəsi vəzifəsinə təyin edilir. Mədət Quliyevin rəhbərliyi ilə keçirilən əməliyyatlar nəticəsində respublikada fəaliyyət göstərən cinayətkar dəstələr və reket qurupları məhv edilib.


1993-cü il 10 dekabr cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə yarası alsa da, geri çəkilmədi və cinayətkarlar zərərsizləşdirildi. Mədət Quliyev 1994-cü il oktyabr hadisələri zamanı da silahlı dəstənin zərərszləşdirilməsində iştirak edib.
1997-ci il Azərbaycan Respublikası Polis Akademiyasını bitirən Mədət Quliyev 2001-ci ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində, 2002-ci ildə Daxili İşlər Nazirliyinin Narkotiklərə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində də çalışıb.
Mədət Quliyev 2004-cü ildə İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun rəisi təyin edilib. Mədət Quliyev həm də idman ustasıdır. 1979-cu ildə dzyudo üzrə SSSR idman ustası normasını yerinə yetirib.

Azərbaycan Respublikası prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə polis polkovniki Quliyev Mədət Qəzənfər oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib. Azərbaycan Respublikasının Konstitutsiya dövlət quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 14.02.2011-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli Sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.
21.11.2012- ci il tarixdə Quliyev Mədət 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ailəlidir. İki övladı var.

 

Yenicag.az

www.yenicag.az

3557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv