UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Braqa” matçında Ağdam klubunun azarkeşləri anlamlı xareoqrafiya açıblar.
yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fanatlar Azərbaycanının Milli Qəhrəmanı Allahverdi Bağırovla Qurban Qurbanovun əl-ələ xareoqrafiyasını hazırlayıblar.
“Ruhumuz şaddır” deyə xareoqrafiyada qeyd olunub.
Qeyd edək ki, Allahverdi Bağırov “Qarabağ”ın futbolçusu, kapitanı baş məşqçisi olub. O, birinci Qarabağ müharibəsində şəhid olub.